Orpinqton ördək cinsi XIX əsrdə Orpinqtondan olan Uliyam Kuk tərəfindən yaranmışdır. Populyar olan sarımtıl-qəhvəyi lələkli ördəklərin yaranması üçün o, kauqa, hind qaçağan, eylsber və ruan cinslərini qarışdırmışdı. Sonra o, mavi və qara lələkli, eləcə də şokolad rəngli döş nahiyəsində ağ döşlük fiqurlu ördəkləri ərsəyə gətirmişdi.